24 Aprel 2018 22:12
2 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Quandun əyalətinin Quan-Çjou şəhərində qeyri-adi hadisə baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, rəfiqəsiylə yaşadığı binaya girməyə hazırlaşan gənc qadının başına göydən it düşüb.

Səmadan yerə atılan köpəklə toqquşmuş qadın özündən gedib, it də bir-iki ağız hürməklə qaçıb aradan çıxıb.

Qadın xəstəxanaya aparılıb, polis isə pəncərədən atıldığı güman edilən itin sahibini müəyyənləşdirmək üçün hadisəyə yerinə gəlib.


Müəllif: Mahir