3 May 2018 00:12
2 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk (“Facebook”) sosial şəbəkəsində yeni çat(chat) funksiyası istifadəyə veriləcək. Bu barədə Mark Zukerberq “F8” konfransında çıxış edərkən məlumat verib.

Məqsəd Feysbuk istifadəçilərinin real həyatdakı kimi ciddi münasibətlər qurmasına şərait yaratmaqdır:

"Feysbukda qeydiyyatdan keçən 200 milyon insan özünün yalnız olduğunu işarələyir və təklikdən şikayət edir. Bu istiqamətdə geniş işlər görməyi, yeni funksiyalar aktivləşdirməyi düşünürük. Yeni funksiya sayəsində istifadəçilər uzun müddətli və möhkəm münasibətlər qura biləcəklər".

Bildirilir ki, sözgedən funksiya şəbəkənin mobil əlavəsinin tərkib hissəsi kimi aktivləşəcək. Feysbuk sahibi onu da əlavə edib ki, bu funksiya istifadəçinin dostları tərəfindən görülməyəcək:

"İstifadəçilərin funksiyadan rahat və səmərəli şəkildə yararlanmaları üçün, biz bu funksiyanın fəaliyyət tarixçəsini görünməz etmişik. Bu barədə yalnız istifadəçi özü biləcək. Sistem avtomatik olaraq yalnız istifadəçinin dostluğunda olmayan insanları təklif edəcək".

Xatırladaq ki, M.Zukerberq yeni sistemin aktivləşdməsi haqqında məlumat verdikdən sonra, servis bazarında “Tinder” tanışlıq əlavəsinin məxsus olduğu “Match Group” şirkətinin səhmləri 17 faiz ucuzlaşaraq dəyərdən düşüb.


Müəllif: Mənbə/Publika.az