8 May 2018 10:20
5 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qızıl adam" Almatıdan 50 km aralıda - İssik şəhərinin ətrafında kəşf edilib və Qazaxıstan tarixində ən məşhur arxeoloji kəşf olaraq tanınır.

Teleqraf.com “Qızıl adam” haqqında 10 faktı təqdim edir:

1. “Qızıl adam”ın qəbri soyğunçuların hücumundan sonra salamat qalan tək yerdir. Yaxınlıqdakı bütün kurqanlar talan edilib. Bəlkə də Sak döyüşçüsünün cəsədi üst hissədə olmadığına görə qoruna bilib.

2.Tapılan “Qızıl adam”ın hakim zümrəyə aid olduğu istisna edilmir.

3. “Qızıl adam”ın kostyumundakı qızılın çəkisinin nə qədər olduğu dəqiq bilinmir.

4. “Qızıl adam”ın kostyumunun zolaqları təmiz qızıldan deyil. Əsasən, qızıl falqa ilə örtülmüş ağacdandır. Elə buna görə də qızılın dəqiq çəkisini bilmək mümkün deyil.

5. İssıkdakı kurqanda tapılan “Qızıl adam”ın yaşı 16, boyu 165 santimetr olub.

6. Başındakı 80 santimetrlik “papağ”ın 4 uzun oxu dünyanın dörd istiqamətini göstərir və idarəçilik nişanəsidir. Buna əsasən, “Qızıl adam”ın hakim sülaləyə aid olduğu bildirilir.

7. Onun geyimi üzərində qanadları olan at və böyük keçi buynuzları təsvir olunub. Qanadlı heyvan təsvirləri Yaxın Şərqdə geniş yayılıb və yüksək qüdrət simvolu, hakimiyyət əlaməti olub.

8. Kurqanda həmçinin iki qızıl üzük tapılıb: üzüklərdən biri hamar, ikincisi isə başında lələkləri olan adam obrazlıdır. Başqa bir sirli tapıntı isə yazılı gümüş qab olub. Qabın üzərindəki yazı hələ də tərcümə olunmayıb.

9. “Qızıl adam”ın kəlləsi zədələnib. Sak döyüşçüsünün dəfn kamerası Tyan-şan yolkasının şalbanları ilə örtülüb və sonradan bu şalbanlar “Qızıl adam”ın başına uçub. Sak döyüşçüsü özü isə kürəyindən aldığı xəncər yarasından dünyasını dəyişib.

10. “Qızıl adam”ın kostyumu qırmızı maral dərisindən hazırlanıb. Arxeoloqlar məbədi tapdıqda orada yalnız qızıl zireh, bəzək əşyaları və qablar qalmışdı. “Qızıl adam”ın zirehinin orijinalı Astanada Qızıl və Qiymətli Metal Dövlət Muzeyində, nümunələrdən biri isə Nyu-Yorkdakı BMT binasında saxlanılır.


Müəllif: Günay Əli