25 Aprel 2017 15:46
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Professional Aktyorlar Gildiyasının rəhbəri, xalq artisti Həmidə Ömərova doğum gününü İranda qeyd edir.

Teleqraf.com xəbər verir ki, buna səbəb aktrisanın Tehranda keçirilən 35-ci Beynəlxalq Fəcr Kinofestivalının münsiflər heyətində təmsil olunmasıdır.

Aprelin 21-də start götürən festival 28 aprel tarixində başa çatacaq.

Məlumat üçün bildirək ki, Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. 1979-1993-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib, “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə alıb.

Uzun illər Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Retro” kinozalının aparıcısı olub.

O kinoda müxtəlif səpkili rollar yaradıb: “Qorxma, mən səninləyəm”də Telli, “Anlamaq istəyirəm”də Çinarə, “Nizami”də Afaq, “Burulğan”da Tamara, “Üzeyir ömrün”də Məleykə, “Qızıl uçurum” Şəfiqə və s.

Nərmin


Müəllif: