1 İyul 2016 19:53

ABŞ ordusunda əsgərlərin hərbi xidmət etməsini qadağan edən maddə aradan qaldırılıb.

Teleqraf.com xəbər verir ki, ABŞ müdafiə naziri Aş Karter bildirib ki, məqsəd ölkəni qorumaqdır: "Bu işi ən yaxşı şəkildə yerinə yetirə biləcək insanların qarşısında cinsi maneələr qoymaq istəmirik. Əgər əsgərlərimiz bərabərlik və azadlıq dəyərləri uğurunda müharibə aparmağı göz özünə alırlarsa, bu şəkildə də yaşamalıdırlar".

Müdafiə naziri orduda homoseksualların xidmət etməsinə icazə verən İngiltərə, İsrail və Avstraliya praktikalarını araşdırdıqlarını diqqətə çatdırıb: "Qadağanın aradan qaldırılması bir il çəkəcək. Cinsi kimliyinə görə kimsə ordudan xaric edilməyəcək və onlar könüllü şəkildə hərbi xidmətlərini çəkə biləcəklər".

Samir


Müəllif:
Загрузка...