21 Aprel 2017 18:06
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan Türkiyəyə yeni mesaj verilib.

Teleqraf.com xəbər verir ki, Rusiya baş nazirinin köməkçisi Arkadi Dvorkoviç bəyan edib ki, Ankara Rusiyadan alınan buğdaya tətbiq etdiyi əlavə dəyər vergisini ləğv etmədiyi halda Moskva Türkiyəyə tətbiq etdiyi qadağaların hamısını qüvvədə saxlayacaq.

Baş nazirin müavini qeyd edib k, Türkiyə tərəfi buğda üçün tətbiq etdiyi məhdudiyyətləri ləğv etmədən Moskva tərəfindən hər hansı bir addım atılmayacaq:

“Əgər qarşı tərəf bu məhdudiyyəti ləğv edərsə, bu zaman razılaşmaya hazır olduğumuz bir neçə addımlar var”.
Xatırladaq ki, Türkiyə martın 15-də Rusiyanı buğda məhsullarının vergisiz idxal edildiyi ölkələrin siyahısından çıxarıb.
Ankaranın bu addımı Rusiyanın Türkiyədən xiyar və pomidor idxalına tətbiq etdiyi qadağadan dərhal sonra atılmışdı.

Cavad


Müəllif: