27 İyun 2017 12:50
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi keçirilib.

Teleqraf.com xəbərinə görə, prezident İlham Əliyevi Polşa Prezidentinin sarayında prezident Andjey Duda qarşılayıb. Polşanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə prezident Andjey Dudaya təqdim olunub.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü keçirilib.

Azərbaycan prezidenti Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə də görüşüb.


Müəllif: Teleqraf.com