17 İyul 11:02

Ermənistan və Azərbaycan prezidentlərinin görüşü haqqında ilkin razılıq bir neçə həftə əvvəl ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı əldə olunub.

Teleqraf.com xəbər verir ki, bu haqda Ermənistan Prezidenti Serj Sərkisyan “Ermənistan” telekanalının “R-Təkamül”proqramına müsahibəsində deyib.

“Biz öz mövqeyimiz barədə vasitəçilərə məlumat verdik - xüsusi gözləntimiz yoxdur, bununla belə görüşə qarşı olmadığımızı bildirdik. Prezidentlər səviyyəsində görüşlərə ciddi hazırlıq işləri aparılmalı, konkret təkliflər üzrə mövqe olmalıdır. Hazırda bu iş aparılmır. Buna baxmayaraq, biz görüşə qarşı deyilik və görüş payızda ola bilər”, - deyə Ermənistan prezidenti qeyd edib.


Müəllif: Nərgiz