10 Sentyabr 2017 13:37
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün ermənilərin katolikosu II Qaregin fikirləri ilə Ermənistan generallarından və irticaçı siyasətçilərindən fərqlənmir. Bir insan kimi mənim üçün maraqlıdır Qaregin din xadimidir, yoxsa hərbi-siyasi xadim?

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Moskva şəhərində Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşündə Ermənistan din rəhbərinin fikirlərini şərh edərkən bildirib.

Deputat hesab edir ki, tarix ermənilərə heç nə öyrətməyib: “XXI əsr bunlar üçün deyilmiş. Necə də ağır bir qonşu ilə üzbəüz qalmışıq. Din xadimi sülhdən, humanitar məsələlərin vacibliyindən danışar, xalqlar arasında sülh siyasətindən danışar. Hələ də özlərini Azərbaycanın dövlət müstəqilliyinin olmadığı dövrdəki kimi hiss edirlər. Azərbaycanın öz suveren hüquqlarının qorunması üçün əzmlə səy göstərdiyini görmək istəmirlər. Ancaq Ermənistanın siyasi, hərbi, dini rəhbərlərinin nə xülyalarla yaşadığı və özlərini nəyə inandırdıqları dövlətimizi maraqlandırmır. Artıq dünyada nüfuzlu dövlətlərdən biriyik, diplomatik mərkəzlərdən birinə çevrilmişik. Ermənistan isə özünün reallıqdan uzaq ideyaları ilə daim problemlər içində çabalayacaq”.


Müəllif: Nərgiz