21 Fevral 2018 12:59
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü Oqtay Gülalıyev Məclis üzvülüyündən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qərar Ali Məclisin sessiyasında verilib.

O.Gülalıyevin Ali Məclis üzvlüyündən çıxarılması haqda təklifi KXCP sədri Mirmahmud Mirəlioğlu irəli sürüb.

O.Gülalıyev deyib ki, Ali Məclis prezident seçkilərinə görə toplansa da, partiya sədrinin təklifi ilə orada partiyadaxili məsələlər müzakirəyə çıxarılıb: “O, mənim Ali Məclis üzvlüyümdən çıxarılmağımı təklif edib və xahiş edib ki, bu təklifi dəstəklənsin”.

O. Gülalıyev əlavə edib ki, bu qərarla bağlı KXCP-nin müvafiq strukturlarına şikayət edəcək.


Müəllif: Cavad