20 İyul 2016 12:31

“Rayonlardan təcili başqa yerə evakuasiya ediləsi ağır xəstələrə helikopterlər vasitəsilə kömək göstərilir”.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Respublika Təcili və Təxirəsalınmaz Stansiyasının baş həkimi Miraləm Cavadov bildirib.

Onun sözlərinə görə, təcili yardım stansiyasının bazasında Fransa istehsalı olan 2 helikopter var: “Həmin helikopterlər ən son və müasir tibbi avadanlıqlarla təchiz olunub. Helikopterlərin enə bilmədiyi yerlərdə xüsusi qurğularla xərəklər iplə aşağı salınır və həkimlərin köməyi ilə xəstə evakuasiya olunaraq helikopterlərə mindirilir”.


Baş həkim qeyd edib ki, son zamanlar müasir formada tikilən xəstəxanalarda helikopterlərin enməsi və qalxması üçün xüsusi sahələr var: “Helikopterlərdən bu ilin aprelində baş verən döyüşlərdə uğurla istifadə olunub. Hadisə nəticəsində yaralananlar vaxtında xəstəxanalara çatdırılıb, onlara yüksək yardım göstərilib”.

İlhamə ƏBÜLFƏT


Müəllif: