27 İyul 2016 18:13
204

Bu gün Sabirabad rayonunun Güdəcühür kəndinin sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat və səhiyyə nazirliklərinin rəsmiləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər.

Bu layihə USAID və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

EWMI təşkilatının texniki dəstəyilə, yerli və regional hökumət qurumları ilə birgə işləyərək Qudacuhur sakinləri yararsız vəziyyətdə olan tibb məntəqəsini icmanın səhiyyə ehtiyaclarını ödəyə biləcək yeni məntəqə ilə əvəzlədilər. Bir müayinə otağı və gözləmə otağı kimi istifadə olunan bir dəhlizdən ibarət yeni məntəqə icmanın 1600-dən çox sakininin gündəlik tibb xidmətlərinə çıxışını yaxşılaşdıracaq.

Ümumilikdə, EWMI/SEDA layihəsi Azərbaycanın 71 icmasında 110 mindən çox insana fayda verərək 81 layihə həyata keçirib. SEDA proqramı vasitəsilə EWMI icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

Səxavət


Müəllif: