19 İyun 2017 20:16
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi bu gün saat 23:59-da başa çatır.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, 19 iyun saat 17:30-a qədər 8113 bakalavr elektron ərizəsinə daxil olaraq ixtisaslaşma seçimi etsə də, onlardan yalnız 7970 nəfəri ərizəsini təsdiq edib.

Xatırladırıq ki, ixtisaslaşma seçiminə 9 iyun tarixindən start verilib və bu proses 19 iyun saat 23:59-dək davam edəcək. İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.


Müəllif: Şəfiqə