22 İyun 2017 11:18
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Ələt-Astara-İran sərhədi yolunun ödənişli olub-olmaması sual altındadır.

Bunu Teleqraf.com-a açıqlamasında Azəravtoyol ASC-nin mətbuat xidmətnin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, yolların ödənişli olmasından danışmaq hələ tezdir: “Müvafiq qərar qəbul olunandan sonra beynəlxalq təcrübəyə əsaslanaraq, tarif və müxtəlif məsələlər müəyyənləşdiriləcək. Müxtəxəsislərin təklif etdiyi rəqəm hər hər kilometrə 4-7 qəpikdir. Bütün hallarda qiyməti Tarif Şurası müəyyən edəcək. Yük maşını ilə minik maşının ödənişi də fərqlənəcək. Minik maşını yük maşını qədər ödəniş etməli deyil”.

Anar Nəcəfli bildirib ki, Azərbaycanda daha bir neçə yol ödənişli ola bilər: “Müxtəlif ərazilər var ki, alternativ ödənişli yol çəkilə bilər. Hazırda belə yol çəkilmir, amma çəkilməsi mümkündür. Əgər Bakı-Ələt-Astara-İran sərhədi yolunun ödənişli olması reallaşarsa, digər yollarda da bunu tətbiqi mümkün olacaq”.


Müəllif: İlhamə Əbülfət