16 Noyabr 2017 22:12
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda maqnitudası 3,5 olan zəlzələ qeydə alınıb.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilәn xəbərə görə, zəlzələ bu gün saat 20:43də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.

Ocağı 24 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Yeraltı təkanlar Ağdam rayonunda da hiss olunub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, yeraltı təkanlar rayonun əksər kəndlərində hiss olunub. Rayon ərazisində dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən gün axşam Bərdə və Ağdam rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində Ağdamda 2, Tərtərdə 2 yaşayış evi tamamilə uçub. Onlarla evə ciddi zərər dəyib.


Müəllif: Teleqraf.com