15 Dekabr 2017 16:25
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Seçki Məcəlləsinə dəyişiklikləri müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, yeni dəyişikliklərdə Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda, eləcə də səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasına əməl etmədikdə mandatdan məhrum edilməsi qaydası müəyyənləşib. Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr edilib.

Dəyişikliklər haqqında deputatlara məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Seçki Məcəlləsinin 44 maddəsinə 55 dəyişiklik təklif edilir:

“Bu dəyişiklikləri iki qrupa ayırmaq olar. Birinci qrup dəyişikliklər 2016-cı il referendumuna uyğun olaraq, Seçki Məcəlləsinin Konstitusiyaya uyğunlaşdırılması ilə əlaqədardır.

Bundan başqa, mediada Seçki Məcəlləsinin 162, 164, 195 və 197-ci maddələri ilə bağlı əsası olmayan yazılar dərc edilib. Bu maddələr əsasən, qeydiyyata alınan namizədlərin televiziya və dövlət media orqanlarında pulsuz təbliğat aparması ilə bağlıdır. Qeyd edim ki, qeydiyata alınan namizədlərə pulsuz efir vaxtının ayrılması üçün teleradio qurumlarına və mətbuat orqanlarına maliyyə dövlət büdcəsindən birbaşa ödəniləcək.

Həm komitədə, həm də spikerin yanında olan müzakirələr zamanı 175 və 176-cı maddələr ciddi müzakirə edilib. Spikerin müəyyən təklifləri oldu və biz bu məsələni qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etmişik. Bu maddələr deputatların mandatdan mərhum edilməsi ilə bağlıdır. Yeni dəyişikliklərə əsasən, etik davranış qaydalarının pozulması ilə bağlı Milli Məclisin müvafiq strukturunun mövqeyi varsa, İntizam Komissiyasında müvafiq qərar qəbul edibsə, onun Mərkəzi Seçki Komissiyası tərəfindən yenidən araşdırılması doğru sayılmır.

Məcəllənin 175.2-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyasının qərarı dərc edildikdən sonra 10 gün müddətinə apelyasiya şikayəti verilə bilər. Həmçinin Mərkəzi Seçki Komissiyasına Milli Məclisin rəsmi məlumatı daxil olduqdan 15 gün müddətinə qərar verilə bilər.

176.4-cü maddəyə əsasən, deputat mandatdan mərhum edilməsi haqda qərardan sonra məhkəmyə müracitə edərsə, məhkəmə müvafiq qərar verənə qədər həmin dairədə seçki keçirilə bilməz.


Müəllif: Cavad