2 Fevral 2018 09:26
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dahi bəstəkarın əsərləri onun adını daşıyan stansiyada ifa olunacaq.

Bakı Metropoliteni QSC-dən Teleqraf.com-a verilən məlumata görə, növbəti sosial layihə gerçəkləşdiriləcək.

Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, xalq artisti, musiqi mədəniyyətimizin peşəkarı Qara Qarayevin anadan olmasının 100 illiyidir.

Bu münasibətlə metronun dahi bəstəkarın adını daşıyan “Qara Qarayev” stansiyasında həmin gün saat 17:00-dan 19:00-dək ilk dəfə musiqili proqram təşkil olunacaq.

Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramını simli kvartetin ifasında dinləyə bilərlər.


Müəllif: Şəfiqə