19 Fevral 2018 17:00
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Artur Rəsizadə “Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərarla Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının energetika naziri

Kollegiyanın üzvləri:

energetika nazirinin müavinləri;

Energetika Nazirliyinin Aparatının rəhbəri;

Energetika Nazirliyinin Aparat rəhbərinin müavini - daxili nəzarət şöbəsinin müdiri;

Energetika Nazirliyi Aparatının neftqaz siyasəti şöbəsinin müdiri;

Energetika Nazirliyi Aparatının energetika şöbəsinin müdiri;

Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri.

Bu qərar imzalandığı gündən qüvvəyə minir./Report/


Müəllif: Teleqraf.com