12 Avqust 2014 12:11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən iş yerlərində əməyin mühafizəsinin qanunvericiliyə uyğun təşkilinə dövlət nəzarətinin gücləndirilməsi, eləcə də işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlər arasında mütəmadi təbliğat-məlumatlandırma işlərinin aparılması istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının azalması ilə müşahidə olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumatda belə deyilir.

Belə ki, DƏMX tərəfindən cari ilin iyul ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 faiz azalaraq 11-ə, istehsalatla əlaqəli qrup halında baş verən bədbəxt hadisələrin sayı isə 50 faiz azalaraq 1-ə enib. İstehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 55,5 faiz azalmaqla 4 nəfər, xəsarət alanların sayı isə 46,6 faiz azalmaqla 8 nəfər təşkil edib. Baş vermiş istehsalat qəzaları ilə bağlı DƏMX tərəfindən əmək qanunvericiliyinə müvafiq şəkildə tədbirlər görülüb.

Naibə


Müəllif:
Загрузка...