30 Aprel 2014 11:00
891

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin binasında səhər saatlarında yanğın olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Yasamal rayonunda doqquzmərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 30 kvadratmetr olan otağın yanar konstruksiyaları və “Beko” markalı kondisioner yanıb.

Digər otaqlar yanğından mühafizə olunub. Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının səbəbləri barədə məlumat verilmir.

Nərgiz


Müəllif: