14 Fevral 2015 13:10
1 252

Azərbaycan sinoptikləri hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı ilkin xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a bildiriblər ki, mülayim hava şəraitindən sonra fevralın 17-dən ikinci ongünlüyün sonuna kimi ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, şimal küləyinin güclənəcəyi, hava şəraitinin fasiələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə enəcək. Bakıda da qar yağacağı, şimal küləyinin əsəcəyi gözlənilir.

Qeyd edək ki, sinoptiklər dəqiqləşdirmiş məlumatı bir daha təqdim edəcəklər.


Müəllif: