19 Fevral 2015 00:38
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Benilüks Azərbaycanlıları Konqresi (BAK) Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 23-dən Benilüks ölkələrində “Xocalı həftəsi” elan edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a bildiriblər ki, “Xocalı həftəsi” çərçivəsində Benilüks ölkələrində - Belçika, Niderland və Lüksemburqda Azərbaycan diaspor təşkilatları tərəfindən Xocalı soyqırımına həsr olunan müxtəlif tədbirlər keçiriləcək.

Rejissor Vahid Mustafayevin “Yaddaş” filmi, eləcə də Amsterdam və Rotterdam şəhərlərindəki Ana dili məktəbi şagirdlərinin hazırladığı “Faşizmə nifrət - Xocalıya ədalət” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək. Fevralın 25-də BAK Gənclər Koordinasiya Şurasının üzvləri tərəfindən Niderlandın Amsterdam, Rotterdam, Haaqa, Haarlem, Tilburq, Utrext, Leeuvarden, Sneek və Heerenveen şəhərlərində məlumatlandırma aksiyasına start veriləcək.

Aksiya çərçivəsində gənclər üzərində ingilis dilində “Ermənistan, Azərbaycana təcavüzdən əl çək!” sözləri yazılmış xüsusi geyimlərdə yerli əhaliyə Xocalı soyqırımı haqda məlumat verəcək, vərəqələr paylayacaqlar. Fevralın 26-da Rotterdam şəhərində yerləşən Bakustraat küçəsində BAK üzvləri yanan şamlarla “Xocalı -23” aksiyası keçirəcəklər. Bundan başqa, Niderlandın milli qəhrəmanı, Medo ləqəbli azərbaycanlı Məmməd Məmmədovun barelyefinin, Brüsseldə isə Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulması və digər tədbirlərin keçirilməsi planlaşdırılır.


Müəllif: