6 Mart 2015 10:16

Azərbaycan Dillər Universitetində “8 mart-Beynəlxalq Qadınlar günü”nə həsr olunan “Adsız mələk” adlı tədbir keçirilib.

Teleqraf.com-un xəbərinə görə, tədbirdə ADU-nun elmi işlər üzrə prorektoru Dünyamin Yunusov, tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, tədris işləri üzrə prorektor Vazeh Əsgərov, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Şəms Əsgərlinin təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələr “Mələk” türk mahnısını, “Pretty woman” və digər mahnılar və rep ifa ediblər, “Ana” şerini səsləndiriblər. “8 mart-Beynəlxalq Qadınlar günü”ndə sevdiklərini sevindirmək üçün hədiyyə seçimindəki tərəddüdlərin əks olunduğu səhnəcik göstərilib. “Dalğa” rəqs qrupu “Ağ çiçəyim” adlı rəqs nümayiş etdirib.

“Ana müqəddəsdir” və “Qadına qarşı zorakılığa “Yox!” deyək” adlı videoçarx nümayiş olunub.
Universitetin oğlan tələbələri universitetin xanımlarını “Bakı qızları” mahnısı ilə təbrik ediblər.

Tədbirdə universitetdə çalışan xanım əməkdaşları, o cümlədən tələbə qızlar Müəllim Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı tərəfindən pul mükafatı ilə təltif olunublar.

SEVİL


Müəllif: