28 İyul 2015 23:18

Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Komitə sədri Mübariz Qurbanlı iyulun 28-də Yardımlı şəhərində Cəlilabad, Yardımlı və Masallı rayonlarından olan vətəndaşlar üçün görüş keçirib.

İyirmidən artıq vətəndaşın iştirak etdiyi qəbul zamanı müraciətlər əsasən dini icmaların qeydiyyatı, dini icmalara maliyyə yardımının ayrılması, dini maarifləndirmə işinin təşkili, yas mərasimlərinin keçirilməsi qaydaları, məscidlərin təmiri və digər məsələlərlə bağlı olub. Komitə sədri Mübariz Qurbanlı hər bir müraciətin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.


Müəllif:
Загрузка...