12 İyun 2014 17:51

Ötən gecə axşam saatlarında Qarabağ bölgəsində güclü küləklə müşayət olunan yağış yağıb.

Teleqraf.com-un xəbərinə görə, güclü yağış Tərtər rayonu ərazisində fəsadsız ötüşməyib. Anidən başlayan güclü yağış Tərtər rayonunda ciddi fəsadlarla yadda qalıb.

Rayon Mülkü Müdafiə Qərargahından bildirilib ki, güclü yağışdan sonra yaranan sel suları əsasən, rayonun Borsunlu, Dəmirlər və Sarov kəndlərində ciddi fəsadlar törədib. Borsunlu kənd sakinlərinin bildirdiyinə görə aramsız yağan leysan yağışı təxminən 40-45 dəqiqə davam edib. Bu zaman gələn sel isə bir başa evlərin həyətlərinə dolub. Selin gücündən bəzi evlərin əsas giriş qapıları qopub.

Evlərin zirzəmiləri su ilə dolub. Sakinlərin zirzəmilərdə saxladıqları əqzaqlar və məişət əşyalarına ciddi ziyan dəyib. Bildirildiyinə görə, hətta bəzi sakinlərin damnıda toyuq-cücənin tələf olması da qeydə alınıb. Sakinlər deyib ki, güclü selin gətirdiyi lil bağ və bostanları, həmçinin əkin sahələrini tamamilə məhv edib. Baş verən hasdisədən sonra evlərin zirzəmisinə yığılan suyun çəkilməsi üçün gətirilən suçəkən avtomobil batdığından zirzəmilərə dolan suyun çəkilməsi mümükün olmayıb.

Yaranan problemləri aradan qaldırmaq məqsədi ilə Borsunlu kəndinə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regionla bölməsinin xüsusi hazırlıqlı briqadası cəlb edilib.

Daşqın Abdullayev


Müəllif: