2 İyul 2016 14:25
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bibiheybət qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini, 1958-ci il təvəllüdlü Eldəniz Mehdiyevi vurub.

Xəstəxanaya yerləşdirilən Eldəniz Mehdiyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: