14 İyul 2016 21:38
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda yanğın hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Salyan şəhəri Ağa Mirbağır Ağazadə küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan Əli Nuriyevə məxsus fərdi yaşayış evi anidən alovlanaraq yanmağa başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Salyan yanğından mühafizə hissəsinə məlumat daxil olan kimi hadisə yerinə 2 yanğınsöndürən maşın göndərilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, 3 otaqlı fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

Psixi pozuntusu olan Əli Nuriyevin evi özü yandırdığı ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

/Report/


Müəllif: