16 İyul 2016 13:15
587

Biləsuvar rayonunda qadın sirkə turşusundan zəhərlənib.

Teleqraf.com xəbər verir ki, rayon sakini İradə Hüseynova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

İradə Hüseynovaya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.

Daha bir zərlənmə hadisəsi Gəncə şəhərində qeydə alınıb. İyulun 15-də Gəncə şəhərində yaşayan Elnurə Alıyeva sirkə turşusundan zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.

Bundan başqa, Göygöl rayonunda yaşayan Naibə Qasımova dərmandan zəhərlənmələrlə xəstəxanalara gətirilib.

Hacı Zeynalov


Müəllif: