18 İyul 2016 02:52

Ağdamda velosiped piyadanı vurub.


Hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Səfərov Əmrah Sarı oğlu yol kənarında aşkarlanıb. Yaralı Ə. Səfərov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Ə. Səfərova “kəllə -beyin travması” diaqnozu qoyulub. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Yaxınlarının sözlərinə görə, Ə.Səfərov dükandan çıxarkən velosiped onu vurub.

Faktla bağlı Ağdam Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.
APA


Müəllif:
Загрузка...