22 İyul 2016 09:40

Kür çayında batmış qadının meyiti tapılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Sabirabad rayonu, Muradbəyli kəndi ərazisindən axan hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1981-ci il təvəllüdlü, İsgəndərova Almaz Alməmməd qızının cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:35-də başa çatıb.


Müəllif: