8 İyul 2014 14:55
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, məhkum Mirhəsən Dadaşovun yanına qısamüddətli görüşə gəlmiş qohumu Gülxanım Vəliyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zaman Gülxanım Vəliyevanın əl çantasında gizlətdiyi 1 ədəd “Motorolla” markalı mobil telefon aparatı aşkar edilib.

Mirhəsən Dadaşov Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 və 263.1 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: