10 İyul 2014 09:49
488

Gədəbəy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Gədəbəy rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə Gədəbəy-Novosaratovka yolunun 3-cü km-də qeydə alınıb. Rayon sakini, 28 yaşlı Rüsət Məmmədov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən piyada 51 yaşlı Həmid Hüseynovu vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Qəzanı törədən sürücü saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: