19 Aprel 2017 18:11
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Buzovna qəsəbəsində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, qəsəbədəki evlərdən birinin zirzəmisindən 20.000 manat oğurlanması barədə Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinə məlumat verilib.

Məlumat əsasında əməliyyat tədbirlərinə başlayan polislər oğurluq hadisəsi ilə əlaqədar şübhəli şəxs qismində ev sahibinin qohumu Vüsal Hüseynzadəni həbs ediblər.

İstintaqa ifadə verən Vüsal Hüseynzadə törətdiyi əməli etiraf edib. O, pulun bir hissəsini şəxsi ehtiyaclarına xərclədiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: