29 Aprel 2017 17:02
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobili oğurlanan Xırdalan şəhər sakini polisə şikayət edib.

Teleqraf.com xəbər verir ki, Asif Kərimli Abşeron rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, özünü Rahib Salmanov kimi təqdim edən şəxs aldadaraq onun “Chevrolet” markalı avtomobilini alıb.

Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti qeyd edilən avtomobilin Gəncə şəhəri ərazisində hərəkətdə olduğunu müəyyən edib.

Gəncə şəhər Baş Polis İdarəsi hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Vüsal Məmmədovu avtomobillə birgə saxlayıb.

Hacı Zeynalov


Müəllif: