11 Sentyabr 13:58
121

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Sulutəpə qəsəbəsi ərazisində 2 nəfər naməlum şəxs Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Etibar Abbasovu bıçaqla hədələyərək içərisində 700 manat olan pulqabısını alıb.

Əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ruslan Şükürlü və Balabəy Məhərrəmov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov