12 Sentyabr 2017 22:22
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunun Rusbarisi kəndində Marat Hüseynzadə evində bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Marat Hüseynzadə polis əməkdaşlarına verdiyi ilkin izahatında həmin kəndin ərazisində yerləşən qəbiristanlıqda anasının məzarını ziyarət etdikdən sonra hasardan tullanarkən dəmir parçasının üstünə düşdüyündən xəsarət aldığını bildirib.

Yaralının şübhəli izahatını və xəsarətlərin əlamətini nəzərə alan polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Müəyyən edilib ki, Marat Hüseynzadə düzgün izahat verməyib, ona bıçaqla xəsarət yetirilib.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri, istintaq hərəkətləri nəticəsində hadisənin Marat Hüseynzadənin qohumu Rus Borisi kənd sakini Nurəddin Həsənov tərəfindən törədildiyi müəyyən edilib. O, polis əməkdaşları tərəfindən tutulub.

Məlum olub ki, Marat Hüseynzadənin Bakıdan evinə qonaq gələn qohumu Nürəddin Həsənovla mübahisə yaranıb.

Bu zaman Nürəddin Həsənov mətbəxt bıçağı ilə Marat Hüzseynzadəni qarın nahiyəsindən bıçaqlayaraq ona ağır xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Qohumlar arasında mübahisə pul borcu üstündə olub.


Müəllif: Hacı Zeyanlov