5 Dekabr 2017 12:07
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Malik Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə Malik Həsənov 17 il müdətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il iyulun 3-də Nəsimi rayonunun İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvaninda 1972-ci il təvəllüdlü Malik Həsənov münaqişə zəminində 1951-ci il təvəllüdlü Zakir Səlimovu döyərək öldürüb. Hadisə zamanı hər iki şəxs sərxoş olub.

Hadisənin baş verdiyi mənzil Malik Həsənova məxsusdur.

Noyabrın 3-də tanışı Zakir Səlimov Malik Həsənovun evinə qonaq gəlib və onlar birlikdə yeyib-içiblər. Daha sonra Malik Həsənov Zakirdən evi tərk etməsini tələb edib. Tək qalmaq istədiyini və istirahət edəcəyini deyən ev sahibi qonağın getməkdən boyun qaçırdığını görüncə, onunla mübahisə edib.

Mübahisə daha sonra münaqişəyə çevrilib, Malik taxta parçası ilə qonağının başına 3-4 ağır zərbə endirib. Zakir Səlimov hadisə yerindəcə keçinib. Cinayəti törədən Malik Həsənov könüllü olaraq polis bölməsinə gedib, törətdiyi əməli etiraf edərək təslim olub.


Müəllif: Hacı Zeynalov