9 Dekabr 2017 01:58
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda şirkətlərdən birində oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, Sahil qəsəbəsində yerləşən “Van Gord” şirkətinə məxsus 1 ədəd kompüter, 1 ədəd surətçıxaran aparatı, 1 ədəd xalça, 2 ədəd qızdırıcı və digər xırda məişət əşyaları oğurlanıb.

Naməlum şəxslər şirkətdən oğurladıqları əşyalarımaşına yükləyərkən Qaradağ rayon mühafizə şöbəsinin əməkdaşları tərəfindən yaxalanıblar.

38-ci polis bölməsində aparılan araşdırma zamanı onların paytaxt sakinləri - 1986-cı il təvəllüdlü Aqil Göyüşov və 1982-ci il təvəllüdlü Teymur Əbilov olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: