4 Avqust 2014 12:00

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İbrahim Əliyev bıçaqlanıb. O, Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

18 yaşlı gənci bıçaqlayan şəxs və ya şəxslərin müəyyən edilməsi üçün tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...