21 Mart 2018 17:27
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda cibgirlik cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, metronun “28 May” stansiyasının platformasında Lerik rayon sakini Fatimə Məmmədzadənin cibindən mobil telefon oğurlanıb.

Bakı Baş Polis İdarəsi metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Nəcəfov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov