23 May 2018 14:59
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda özgə əmlakını mənimsəməkdə təqsirləndirilən İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan hökm oxunub.

Təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edililib, onlara şərti cəza təyin edilib.

İttihama görə, İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarova paytaxtda fəaliyyət göstərən "Zara" mağazalar şəbəkəsinin "Nargiz Mall"dakı şöbəsinin əməkdaşlarıdır və mağazada müxtəlif vəzifələrdə çalışıblar.

Onlar işlədikləri mağazaya 17700 manat zərər vurmaqda ittiham ediliblər.


Müəllif: Hacı Zeynalov