24 May 2018 18:20
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xəmsə” şadlıq evinin sahibi Mürvət Həsənovun hüquqşünas Aslan İsmayilova qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan hazırlıq iclasına Aslan İsmayılov məcburi qaydada gətirilib.

Prosesdə iş üzrə tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Sonra hakim hazırlıq iclasının qərarını açıqlayıb.

Qərara əsasən, Mürvət Həsənovun hüquqşünasa qarşı iddiası icraata götürülüb və araşdırılması qərara alınıb.

Növbəti proses mayın 31-də davam edəcək.

Daha sonra Aslan İsmayılov etiraf edib ki, M.Həsənli haqqında “dələduz” ifadəsini işlədib.

İş adamı Aslan İsmayılovun barəsində Cinayət Məcəlləsinin 147-ci (təhqir) maddəsi ilə məsuliyyətinə cəlb olunmasını tələb edir.

İddia ərizəsində yazıb ki, Aslan İsmayılov “Facebook” sosial şəbəkəsində onu “dələduz” adlndırmaqla təhqir edib, işgüzar nüfuzuna zərbə vurub.


Müəllif: Teleqraf.com