27 May 2018 18:00
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda soyğunçuluq və quldurluq cinayətləri törədən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Səid Vəliyev saxlanılıb.

O, bu il martın 2-də Bakı şəhər sakini V.Məmmədova qarşı quldurluq, mayın 10-da isə İ.Abdullayevə qarşı soyğunçuluq etməkdə şübhəli bilinir.


Müəllif: Hacı Zeynalov