17 Avqust 2014 00:23
929
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Muradxan kəndində qeydə alınıb.

Kənd sakini 2008 – cı il təvəllüdlü Dünyamalıyev Mehralı Rəsul oğlunu elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

/APA/


Müəllif: