20 Avqust 2014 12:51

Bakının Qaradağ rayonunda faciəli hadisə zamanı yanıq xəsarəti alan qadın xəstəxanada ölüb.

Bu barədə Teleqraf.com-a Qaradağ rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə avqsutun 11-də rayonun Qızıldaş qəsəbəsində qeydə alınıb. Həmin qəsəbədə yaşayan Hicran Bəydəmirova evində qaz sobası ilə ehtiyatsız davrandığından yanıq xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilmiş H.Bəydəmirova avqustun 19-da orada ölüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...