13 Fevral 2015 15:36
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Ənvər Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ənvər Mustafayev 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, prokuror Ənvər Musatafayevin 11 il müddətinə azadlıqdan məhrumedilməsini məhkəmədən istəyib. Ənvər Mustafeyev “Azərbalıq” MMC-nin prezidenti olub. O, türkiyəli iş adamlarından birini aldadaraq 224 min manat pulunu mənimsəyib.

Hacı Zeynalov


Müəllif: