26 Fevral 2015 21:27
356

Dağıstanın Qızılyurd rayonu ərazisində keçirilmiş xüsusi əməliyyat nəticəsində qanunsuz silahlı dəstənin 9 üzvü məhv edilib.

Teleqraf.com-un “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “İnterfaks” agentliyinə Dağıstanın hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, xüsusi əməliyyat ötən gün səhər saatlarından başlayıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı həlak olub, daha biri isə yaralanıb. Əməliyyatın təfərrüatları açıqlanmır.


Müəllif: