17 Mart 2015 11:01
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda itkin düşən qızın tapılması üçün əməliyyat keçirilib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü Elnurə Mehdizadə yanvarın 26-da saat 08 radələrində Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində qeydiyyatda olduğu ünvandan naməlum istiqamətə gedərək itkin düşüb.

Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 18 yaşlı Elnurə Mehdizadə tapılaraq ailə üzvlərinə təhvil verilib.

Hacı Zeynalov


Müəllif: