16 İyul 2015 15:18

Lənkəran rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qumbaşı kəndində qeydə alınıb.

Astara rayon sakini Elçin Musayevin və Salyan rayon sakini Razim Xuduyevin idarə etdikləri “Shacman” markalı avtomobillər toqquşub.

Nəticədə E.Musayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...