13 İyun 2014 12:52
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 11-də Sabirabad rayonunun Türkədi kənd sakini Əlişirin Ağayevin evindən 85000 rubl (2600 manat) və 400 dollar, habelə qızıl əşyalar oğurlanıb.

Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi Eminağa Cəfərov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Gülbəniz Ağayevanın və Xalid Məmişovun həyətlərindən müvafiq olaraq 5 və 2 baş qoyun oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: